Modern.az

6 ayda “Azərişıq” üzrə texniki itkilər 5,1%-ə düşüb

6 ayda “Azərişıq” üzrə texniki itkilər 5,1%-ə düşüb

Aktual

7 Sentyabr 2021, 19:25

2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə 9,7%-ə, 2020-ci ildə 8,9%-ə qədər endirilib. 2021-ci ildə isə texniki itki göstəricisinin maksimum həddinin 8,8% olacağı proqnozlaşdırılmışdı. Ümumilikdə “Azərişıq” ASC üzrə son 6 il ərzində texniki itki səviyyəsinin 5,1% azalmasına nail olunub.

 

Bu barədə qurumdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, “Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkminləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün işləri davam etdirir:

 

“Bunun üçün yenidənqurma işləri aparılır, istismar müddəti bitmiş ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcədə sayğaclar yenilənir. 2015-ci ildən bəri ümumilikdə 1 miliyon 578 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilimişdirki bununda 1 milyon 359 mini əhali, 219 000-i isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib. 2021-ci ilin 6 ayında isə ümumilikdə 90 928 abonent yeni sayğacla təchiz edilmiş və bununda 77 255-i əhali, 13 673-i isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələrini təşkil edib”.

 

Bildirilib ki, “Azərişıq” tərəfindən respublikanın kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir:

 

“Bu işlərin məntiqi nəticəsidir ki, texniki itkilər hər ötən ay azalır. İtkilərin azaldılmasına, həmçinin istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına hesablanmış yenidənqurma işləri davamlı olaraq aparlır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı