Rusiyada erməni faşist Qaregin Nijde haqqında çəkilən filmin nümayişi dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.
Bildirilib ki, filmin nümayiş etdirildiyi məkana polis gəlib və yayım dayandırılıb.
Polis nümayəndələri 354.1-ci (nasizmin reabilitasiyası) maddə üzrə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri oradan uzaqlaşdırıb.
Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Nijde haqqında film nümayiş etdirməklə Ermənistan ordusu gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.