Kanadanın baş naziri Castin Trüdo üç uşağından biri koronavirusa yoluxduğu üçün karantindədir.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu səbəbdən hökumət başçısı milli parlamentin bu il yanvarın 31-nə planlaşdırılan ilk iclasında virtual formatda iştirak edəcək. Uşaqlardan hansının xəstələndiyi dəqiqləşdirilməyib.
Cümə axşamı günü Trüdo koronavirusa yoluxmuş bir şəxslə təmasda olduqdan sonra beş günlük karantinə getdiyi barədə Tviter-də yazmışdı. Onun sürətli testinin nəticəsi mənfi olub. Baş nazir özünü yaxşı hiss etdiyini və evdən işləyəcəyini bildirib və bir daha kanadalıları peyvənd etməyə çağırıb.