Modern.az

Azad edilən yerlərdən 17 ton dəmir OĞURLADILAR

Azad edilən yerlərdən 17 ton dəmir OĞURLADILAR

مورد توجه

29 Yanvar 2022, 12:10

İşğaldan azad olunan torpaqlardan qənimət kimi toplanaraq Goranboy rayonu ərazisində saxlanılan 17 ton müxtəlif təyinatlı dəmirləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Nuradil Verdiyev, Nadir Nadirov və Vüsal Hüseynov ötən ilin noyabr ayında və cari ilin müvafiq dövründə Goranboy rayonu Gülüstan kəndi ərazisindən 1ədəd traktor sepi, 1 ədəd asfalt hamarlayan mexaniki nəqliyyat vasitəsinə məxsus hissəni və digər dəmir konstruksiyaları oğurlayaraq Gəncə şəhərindəki metal qəbulu məntəqəsinə satıblar.

 

Şübhəli şəxslər Xocalı RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı