Modern.az

Ermənistan Jurnalistlər Birliyinə qadın sədr seçildi

Ermənistan Jurnalistlər Birliyinə qadın sədr seçildi

Aktual

29 Yanvar 2022, 17:33

Ermənistan Jurnalistlər Birliyinin hazırkı sədri, “168 jam” qəzetinin baş redaktoru Satik Seyranyan yenidən bu vəzifəyə seçilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Seyranyanın namizədliyinə 92 nümayəndə səs verib.

Ermənistan Jurnalistlər Birliyinin sədri vəzifəsinə başqa namizədlər irəli sürülməyib.

Satik Seyranyan seçkidən sonra bildirib ki, 2022-ci il media üçün çox çətin il olacaq. O, maliyyə çətinliyindən söz açıb.

Jurnalistlər Birliyinin sədrinin sözlərinə görə, bir çox KİV-lər heç bir qrant proqramından istifadə edə bilmir, bəzi KİV-lər isə bu məsələdə qeyri-məhdud imkanlara malikdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı