Modern.az

Məmmədyarov ABŞ təmsilçisinə qarşı

Məmmədyarov ABŞ təmsilçisinə qarşı

Aktual

30 Yanvar 2022, 09:54

Yanvarın 30-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin sonuncu turunun oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla macarıstanlı Riçard Rapport ilə 2-3-cü pillələri bölüşür. Turnir cədvəlinə 8,5 xalla hazırkı dünya çempionu norveçli Maqnus Karlsen başçılıq edir.

 

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı