Modern.az

Tramp Baydeni HƏDƏLƏDİ: “Hakimiyyətə qayıdan kimi...” 

Tramp Baydeni HƏDƏLƏDİ: “Hakimiyyətə qayıdan kimi...” 

Aktual

30 Yanvar 2022, 10:24

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatının Konro şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edərkən hakimiyyətə qayıdan kimi Co Baydenə qarşı korrupsiya təhqiqatına başlayacağını bəyan edib. 

 

Modern.az xəbər verir ki, siyasətçi onun Respublikaçılar Partiyasından olan həmkarlarının bu il noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında və Senatda səs çoxluğu əldə edəcəyinə əmindir.


“Əmin olun ki, Respublikaçılar Konqresi geri qazandıqda, Baydenin korrupsiyası Konqres tərəfindən araşdırılacaq və ifşa olunacaq. Baydenin Çindən götürdüyü milyonlarla dollar hamıya məlumdur”,- Tramp bildirib. 


Qeyd edək ki, Ağ Evin hazırkı rəhbəri, xüsusən də Ukraynanın Burisma şirkətinin idarə heyətində yer alan oğlu Hunterin çoxsaylı xarici biznes layihələrində iştirakı ilə bağlı ittihamları rədd edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı