Modern.az

Koronavirusu araqla müalicə edənlərə xəbərdarlıq

Koronavirusu araqla müalicə edənlərə xəbərdarlıq

Aktual

30 Yanvar 2022, 13:33

Soyuqdəymə zamanı, yaxud qripə, koronavirusa yoluxduqda spirtli içki qəbul etmək təhlükəlidir və qəti qadağandır.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin baş narkoloqu Yevgeni Bryun xəbərdarlıq edib.

 

“Birincisi, xəstəlik səbəbindən ürəyə yük düşür, ona görə də spirtli içkilərlə vəziyyəti ağırlaşdırmamalısınız. İkincisi, hər hansı virus xəstəlikləri, o cümlədən COVID-19 intoksikasiyadır və alkoqol intoksikasiyasını da əlavə etsəniz, onda orqanizmin bütün biokimyəvi quruluş mənzərəsi pozulur. Üçüncü, heç bir dərman alkoqol ilə uyğun gəlmir, çünki ilk növbədə, spirt orqanizmə toksik təsir göstərir və buna görə də immunitet sistemi zəifləyir”.

 

Narkoloq vurğulayıb ki, araqla müalicə olunmaq zəhərlə müalicə olunmağa bənzəyir, çünki orqanizm zəifləyəcək və viruslara daha da həssas olacaq. Həkim yüksək temperaturda bədəni araqla ovuşdurmaq haqqında məşhur mifi təkzib edib:

 

“Heç bir halda. Niyə? Bütün ekspertlər bütün bu sürtmələrə qarşıdırlar, bunun heç bir sübut edilmiş effektivliyi yoxdur və heç bir yerdə təsdiqini tapmayıb. Spirt çox tez buxarlanır, ona görə də alkoqolun heç bir təsiri olmayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı