Tanınmış rusiyalı aktyor, Xalq artisti Leonid Kuravlev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Birinci televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, aktyor bu gün 85 yaşında dünyasını dəyişib.
Daha əvvəl xəbər verilmişdi ki, aktyor pnevmoniya diaqnozu ilə Kommunarkadakı 40 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Onda COVID-19-un olması təsdiqlənməyib.