Modern.az

Makrondan İran prezidentinə nüvə müraciəti

Makrondan İran prezidentinə nüvə müraciəti

Aktual

30 Yanvar 2022, 16:16

Fransa Prezidenti iranlı həmkarına müraciət ünvanlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə söhbətində Tehran və Vaşinqtonun İran atomu ilə bağlı razılaşmaya qaytarılması ilə bağlı danışıqları sürətləndirməyə çağırıb.

 

“Vyanada danışıqların bərpasından bir neçə ay sonra Fransa Prezidenti nəzərəçarpacaq irəliləyişə tez nail olmaq üçün prosesi sürətləndirmənin zəruriliyini vurğulayıb”, - “İnterfaks” Yelisey sarayının bəyanatından sitat gətirib.

 

Makron, həmçinin qeyd edib ki, İranın nüvə problemi ilə bağlı danışıqlarda uğur qazanmağı mümkün hesab edir.

 

Fransa və İran prezidentləri arasında söhbət şənbə günü baş tutub, lakin Yelisey sarayı onun nəticələrini bir gün sonra açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı