Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.
Modern.az-ın məlumatıma görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.
O qeyd edib ki, əhalinin yerləşdiyi, qaldığı yerlər və əsas işlək küçələrə uyğun şəkildə qiymət tarifi hazırlanıb.
“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, - deyə BNA rəhbəri bildirib.