Modern.az

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olundu

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olundu

Aktual

1 Fevral 2022, 12:20

Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı