Modern.az

Paşinyanın partiyası prezidentliyə namizədlə qapalı iclas keçirir

Paşinyanın partiyası prezidentliyə namizədlə qapalı iclas keçirir

Aktual

1 Fevral 2022, 15:10

Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatları parlamentdə yüksək texnologiyalar sənayesi naziri, hökumətyönlü prezidentliyə mümkün namizəd Vahan Xaçaturyanla qapalı iclas keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, Vahan Xaçaturyan baş nazir Nikol Paşinyanın partiyasının prezidentliyə namizədidir. Bu gün parlament spikeri Alen Simonyan Armen Sarkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi haqqında protokolu imzalayıb və bundan sonra o, prezident səlahiyyətlərinin icrasına başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı