Modern.az

Əlavə köməkçiyə ehtiyacım yoxdur - DEPUTAT

Əlavə köməkçiyə ehtiyacım yoxdur - DEPUTAT

Aktual

1 Fevral 2022, 16:40

Bu günlərdə start verdiyim “Millət vəkilinin könüllüləri” adlı layihə ilə bağlı bir neçə saytda tənqidi yazılar, “deputat görəcəyi işləri könüllülərin həyata keçirməsini istəyir”, “bu layihənin gənclər üçün heç bir perspektivi yoxdur” və s. kimi fikirlər səsləndirilib.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

 

J.Əhmədova qeyd edib ki, “Mentor könüllü” və ya deputat könüllüsü layihəsi Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən ilk dəfə 2021-ci ildə təklif edilib:

 

"Bildiyimiz kimi, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib, könüllülük əvəzi ödənilməyən fəaliyyət olmaqla xalqımızın həyatından irəli gələn və qəlbindəki xeyirxahlıq hissinin əyani təcəssümüdür. 


Eləcə də, gənclərimizin vətənpərvər, savadlı, bilikli və bacarıqlı yetişməsi hər birimizin və ən əsası dövlətimizin əsas amalıdır. “Könüllü fəaliyyəti haqqında” Qanunun 2.1-ci bəndində göstərilir ki, könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

 

Vətəndaşlarımızın "Mentor könüllü” fəaliyyətinə cəlb edilməsi, xüsusilə gənclərimiz üçün müsbət təcrübə proqramı olacaq. Bu proqramda iştirak edəcək gənclərə öz mentoru tərəfindən xarici dil biliklərinin, bacarıqlarının artırılması da daxil olmaqla genişmiqyaslı köməklik göstəriləcək. Mentorlar gənclərimizlə həm uğurlar, həm də uğursuzluqlarla bağlı təcrübələrini paylaşacaq, proqram müddətində və daha sonra da motivasiya dəstəyi verəcək, elm, karyera istiqamətində müsbət təcrübələrini bölüşəcək, həm özü, həm də dəvət etdikləri qonaqlar ilə birlikdə iştirakçıların inkişafına kömək edəcəklər.

 

Proqram bir neçə ay ərzində həyata keçiriləcək, sonda iştirakçılara sertifikatlar təqdim ediləcək, habelə iş yerləri, təhsillə bağlı motivasiya məktubları, xasiyyatnamələr yazılacaq. Eyni zamanda, proqramda könüllülük əsasında iştirak edəcək şəxslər deputatın fəaliyyəti ilə yaxından tanış olmağa imkan tapacaq, deputatla birlikdə seçici qəbulunda, sənədlərin toplanmasında, vətəndaşlar tərəfindən ərizələrin yazılmasında, ən mühümü isə şəhid ailələri və qazilərlə işlərdə geniş köməklik göstərəcək, vətəndaşlarla iş, kargüzarlıq qaydaları, eləcə də dil bilgilələrinin və bacarıqlarının artırılmasına nail olacaqlar".

 

Parlamentarinin sözlərinə görə, gənclərimizin vətənpərvər ruhda yetişdirilməsi, əmək bazarına hazırlanması, habelə ölkəmizin ictimai-siyasi həyatında fəallığını təmin etmək, bu layihənin əsas məqsədidir:

 

"Qanunun 2.3-cü maddəsində aid olan siyahıda qeyd olunmuş Milli Məclis - Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Deputat Milli Məclisin üzvüdür və bu fəaliyyəti həyata keçirməsinə heç bir məhdudiyyət yaratmır.

Son olaraq onu da qeyd edim ki, hər bir deputat kimi mənim də köməkçim var və gördüyümüz işlərdə əlavə kiminsə köməyinə ehtiyac yoxdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı