Modern.az

Quyudan meyiti tapılan 4 yaşlı uşaq ÖLDÜRÜLÜBMÜŞ

Quyudan meyiti tapılan 4 yaşlı uşaq ÖLDÜRÜLÜBMÜŞ

مورد توجه

1 Fevral 2022, 17:29

Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi məlum olub. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

 

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Yanvarın 27-də M.Mansurovun 32 yaşı tamam olub.

 

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı