Modern.az

Abşeronda 4 nəfər dəm qazından zəhərləndi

Abşeronda 4 nəfər dəm qazından zəhərləndi

Aktual

2 Fevral 2022, 08:33

Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Hökməli qəsəbəsində 1992-ci il təvəllüdlü Nurullayev Emil Elşən oğlu, Masazır qəsəbəsində 2010-cu il təvəllüdlü Bağırova Zəhra Etibar qızı, Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Zeynalov Aqil Alik oğlu və Novxanı qəsəbəsində 2014-cü il təvəllüdlü Məmmədəliyeva Asif Dəniz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisənin təfərrüatı araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı