Modern.az

Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Aktual

2 Fevral 2022, 09:42

Ermənistan prezidentliyinə hökumətyönlü namizəd Vahan Xaçatryan parlamentə gedərək, hakim partiyadan olan deputat fraksiyası ilə görüşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xaçatryan hökumətyönlü deputatlardan dəstək istəyib. O, bir saat yarım davam edən görüşün böyük hissəsini tərcümeyi-halının təqdimatına həsr edib, jurnalistlərin onun bioqrafiyasını təhrif etməsindən, xüsusən də bələdiyyə sədri olduğu illərdəki fəaliyyəti ilə bağlı uydurmaların yazılmasından şikayətlənib.

Parlament prezidenti gizli səsvermə yolu ilə seçəcək. Konstitusiyaya görə, Ermənistanda prezident istefaya getdikdə, növbədənkənar seçkilər 35 gündən gec olmayaraq  keçirilməlidir.
Birinci turda prezident deputatların ümumi sayının ən azı dörddə üçü, ikinci turda isə artıq beşdə üç səslə seçilir, bu o deməkdir ki, prezident birinci turda seçilməyəcək, çünki müxalifət boykot edəcək.

“Hraparak”ın yazdığına görə, prezident seçkiləri fevralın 25-dən sonra 10 gün ərzində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı