Modern.az

Ağır xəstəliyə tutulan məşhur aktrisa vəfat etdi

Ağır xəstəliyə tutulan məşhur aktrisa vəfat etdi

Aktual

2 Fevral 2022, 16:58

Məşhur italyan aktrisası Monika Vitti 91 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, aktrisa ciddi genetik xəstəlik səbəbindən 20 ildən artıq ictimaiyyət qarşısına çıxmayıb.

 

Qeyd edək ki, əsl adı Mariya Luisa Çeçarelli olan aktrisa 1931-ci il noyabrın 3-də Romada doğulub. Aktrisaya çəkildiyi "Macəra", "Gecə” , "Tutulma", "Qırmızı səhra" və "Silahlı qız" filmləri şöhrət gətirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı