Gələn ildən AMEA-nın Ümumi yığıncağı fevral ayında keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.
O, sovet dövründən qalan ənənənin aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, yığıncaqların gecikməsi elmi tədqiqatlara az vaxt ayrılmasına səbəb olur.
"İstəyirik ki, müzakirələr noyabrın 25-də başlasın, fevralın 15-də yekunlaşsın. Bununla da, elmi tədqiqatlara daha çox vaxt ayıra bilərik", - deyə AMEA rəhbəri vurğulayıb.