Keçən il qanunsuz dini təbliğatla məşğul olan 31 nəfər barəsində cinayət işi başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Hesabatda qeyd edilib ki, 144 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Həmin şəxslərdən 351 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, eləcə də 3 ədəd soyuq silah aşkarlanıb.