Modern.az

Azərbaycana gəlmək istəyən 771 nəfər arzuolunmaz şəxs qismində geri qaytarılıb

Azərbaycana gəlmək istəyən 771 nəfər arzuolunmaz şəxs qismində geri qaytarılıb

Aktual

17 Mart 2023, 15:38

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 6,2 min nəfər barəsində müvafiq qərarlar qəbul edilib.

 

Modern.az-ın  məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

 

Xaric olunma faktı ilə 935 nəfər və ekstradisiya faktı üzrə 73 nəfər qeydə alınıb. Xarici ölkələrdən Azərbaycan Respublikasına gəlmək istəyən ümumilikdə 375 halda 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb.

 

Ölkədən çıxışlarına dair məlumatın olmadığı üçün 251 nəfər və digər səbəblərdən 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı