Modern.az

“Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatı olub - FOTO

“Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatı olub - FOTO

Güncel

17 Mart 2023, 20:16

15-16 mart tarixlərində Qazaxstanın paytaxtı Astana şəhərində 40-dan çox ölkənin nümayəndə heyətinin iştirakı ilə "Avro-Asiya Kənd Təsərrüfatı məhsulları” adlı beynəlxalq konfrans keçirilib. Konfransda kənd təsərüffatı məhsullarının istehsalı, ixrac yolları və daşınma marşrutları ilə bağlı panel sessiyaları təşkil olunub. 


Modern.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC taxıl yüklərinin qısa və daha təhlükəsiz şəraitdə təyinat ölkələrinə çatdırılmasını təmin edən “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib. Layihəyə əsasən Qazaxstanın taxıl məhsullarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Avropaya daşınmasının iqtisadi üstünlükləri digər alternativ marşrutlarla müqayisədə daha cəlbedicidir.

Belə ki, “Taxıl ekspresi qatarı” layihəsi taxıl məhsullarının Azərbaycandan keçməklə Türkiyə və Gürcüstan limanları vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. 

Konfransda iştirak edən “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov təklif edilən marşrut üzrə qurumun geniş potensialları haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı