Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ ilə bağlı ölkəsinə təklif olunan yardımlardan danışıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə Misirə səfəri zamanı həmkarı Semih Şükrü ilə birgə keçirdiyi mətbuat konfransında söz açıb.
"Macarıstan tərəfindən müəyyən yerlərin yenidən qurulması ilə bağlı təklif təqdim olunub. Azərbaycan və Özbəkistan da zəlzələ zonasında bəzi ərazilərin tikintisini öz üzərinə götürməyi təklif etdib. Maliyyə Nazirliyinin nəzdində fond yaradılıb və köçürüləcək məbləğlər bu fonda toplanacaq", - deyə XİN başçısı vurğulayıb.
Semih Şükrünü Türkiyəyə səfərə dəvət edən Mövlud Çavuşoğlu iki ölkə arasında səfirlərin təyin olunmasının gündəmdə olduğunu söyləyib.