Modern.az

Mirzoyanın hər dəfə ağzının üstündən vurmaq lazımdır - Politoloq

Mirzoyanın hər dəfə ağzının üstündən vurmaq lazımdır - Politoloq

Aktual

21 Mart 2023, 09:08

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın hər dəfə ağzının üstündən vurmaq vacibdir.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan XİN başçısının Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

 

"Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşən və ortaq mətbuat konfransında ölkəmiz əleyhinə təxribatçı açıqlamalar verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan barədə bəyanat yayıb. Əlbəttə, Ararat Mirzoyanın hər dəfə ağzının üstündən vurmaq vacibdir. Ancaq həmin mətbuat konfransında Sergey Lavrov Mirzoyandan geri qalmayıb. Lavrov Donbasla “Dağlıq Qarabağ” arasında paralellər apararaq azlıqların dil, mədəniyyət və digər hüquqlarının qorunması vacibliyini bildirib. Yəqin Lavrov ona işarə etmək istəyib ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyinə görə, həmin bölgə Rusiyanın “ixtiyarına” keçib. Mirzoyan və digər erməni rəsmilərinin mövqeyi bəllidir, əsas təhlükə “hər yerdə Donbass” yaratmaq istəyən təfəkkür sahibləridir", - politoloq vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 20 mart 2023-cü il tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Azərbaycanın səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pislədiyini və rədd etdiyini qeyd edib.

XİN Mirzoyanın iddialarına CAVAB VERDİ 
Bu xəbər ilə bağlı
XİN Mirzoyanın iddialarına CAVAB VERDİ 
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı