«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə ağır itki üz verib. Modern.az xəbər verir ki, Həsən Hüseynlinin qızı bu gün dənizdə boğularaq dünyasını dəyişib.
Məlumata görə, hadisə Mərdəkan çimərliyində qeydə alınıb. Dəfn mərasimi sabah Bakı şəhərində keçiriləcək.
Allah rəhmət eləsin!