Modern.az

Bakıda divar uçdu, avtomobillər əzildi - VİDEO

Bakıda divar uçdu, avtomobillər əzildi - VİDEO

Hadisə

Bu gün, 01:03

Bir neçə gün əvvəl paytaxt ərazisinə yağan aramsız yağışlar Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan sakinlərə ciddi ziyan vurub.

Modern.az xəbər verir ki, bəzi evlərə və avtomobillərə ciddi ziyan dəyib. Bir neçə avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir cavab almayıblar. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin binasının hasarı uçaraq mənim evimə də ziyan vurub. Yağışlı havalarda divarda çatlar əmələ gəlir və həmin çatlardan sular evin içinə daxil olur", - sakinlərdən biri Baku TV-yə söyləyib.

Başqa bir sakin isə bildirib: "Təxminən 10 saniyə gec gəlsəydim, divar mənim üstünə düşəcəkdi, necə ki, bu maşınların üstünə düşüb".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı