Modern.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə dərsliklər hazırlanacaq

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə dərsliklər hazırlanacaq

Ölkə

23 Oktyabr 2009, 20:09

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasın (TQDK) sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq prosesinin başlanması məqsədilə istiqamətlər üzrə elmi-metodiki seminarların davamlı olaraq təşkil olunacağını bildirib. Modern.az xəbər verir ki, TQDK sədri bu seminarlarda qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabça-vəsaitlərin dekabr ayına qədər nəşr ediləcəyini bildirib. Həmin istiqamətlər aşağıdakılardır:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənəti
5. Bədən tərbiyəsi və idman.

Vəsaitlərdə qabiliyyət ixtisaslarının yığcam xarakteristikası və onlara hansı ali məktəblərdə qəbul aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı