Modern.az

“Halal məhsul” standartı mübahisə yaratdı

“Halal məhsul” standartı mübahisə yaratdı

Ölkə

27 Oktyabr 2009, 13:40

Modern.az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Kimətəsinə istinadən xəbər verir ki, İslam Konfransı Təşkilatının (İKT) təşəbbüsü ilə hazırlanan “Halal məhsul” standartının layihəsinə cari ilin 13-16 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində baxılıb. Müzakirələrə 25 müsəlman ölkəsinin nümayəndələri qatılıb.
İclasda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
“Halal” seriyalı standartlar qrupunun qəbulu prosesində əsas diqqət çəkən məqamlar müzakirə olunub. Toplantıda “Halal məhsul” standartının bəzi müddəalarında fikir ayrılıqları olduğundan Ali İslam Akademiyasına müraciət edilib. Akademiyanın rəyindən sonra növbəti iclas keçiriləcək.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı