Modern.az

Ali məktəb bufetləri: tələbələr qiymətlərdən də, şəraitdən da narazıdırlar

Ali məktəb bufetləri: tələbələr qiymətlərdən də, şəraitdən da narazıdırlar

Ölkə

5 Noyabr 2009, 12:26

Tələbəlik illərinin yadda qalan hadisələrindən biri də tələbə dostlar və rəfiqələrin bir yerdə ali məktəb bufetlərində keçirdiyi anlardır. Tənəffüs zamanı, boş vaxtlarda kimi tək, kimi də bir neçə dostu ilə birgə yolunu bufetdən salmalı olur. Əvəllər tələbə olanlardan eşitmişəm ki, ali məktəblərin bufetlərində qiymətlər cibə münasib, xidmət də ki keyfiyyətli olub. Bəs görəsən indi necə, tələbələr acanda, susayanda cibinə uyğun qiymətlə ali məktəblərin bufetlərində yemək yeyə, çay içə bilirlərmi? Bufetlərdəki şərait və keyfiyyət onları qane edirmi? Bu suallara cavab tapmaq üçün bir neçə universitetin bufetlərindəki vəziyyətlə maraqlandıq.

Əvvəlcə yolumuzu Bakı Dövlət Universitetinin  2-ci korpusunun bufetindən saldıq. Bufetin kiçik olması üzündən içəridə tələbələrin sıxlığı yaranmışdı. Söhbətləşdiyimiz tələbələr dedilər ki, demək olar ki, hər gün belə basabas olur. Qiymətlərlə də maraqlandır. Vəziyyət belədir: 

Dönər-1 manat 

Hamburger-50 qəpik 

Pizza-40 qəpik 

“Peraşki”-10 qəpik 

Smit-30 qəpik 

Xaçapuri-50 qəpik 

Adi su (0,5 l)-50 qəpik 

Meyvə şirəsi-40 qəpik 

1 fincan çay-10 qəpik

 Kofe-30 qəpik                 

III kurs tələbəsi İnarə Orucova dedi ki, qiymətlər bahadır: “Tələbələrə güzəşt etmək əvəzinə qiyməti hər semestrdən- simestrə qaldırırlar. Burda təmizliyə də riayət olunmur. Məsələn, fincanı yumadan çay süzüb verirlər”.

Digər tələbə Fatma Nəcəfli: “Xidmət çox aşağı səviyyədədir. 10 dəqiqəlik tənəffüsdə ancaq növbə gözləyirik. Universitetdən kənarda qiymətlər çox ucuzdur. Buranın bufetinə qalsa, gərək ac qalasan. Çox bahaçılıqdır”.

Başqa bir tələbə Aytən Bayramova da narazılıq etdi: “Digər korpusların bufeti ilə müqayisədə burda yer çox balacadır. Çox vaxt oturmağa yer tapmırıq. Qiymətlərə gəldikdə isə heç razı deyiləm. Çünki burda hər şeyi 2 qat baha satırlar. Bir sözlə tələbələri soyurlar”.

Növbəti ünvanımız Azərbaycan Dillər Universitetinin hər iki korpusudakı bufetlər oldu. Əsas korpusun bufeti müasir standartlara cavab versə də, digərində hələ də problemlər qalmaqdadır.

Qiymətlər:

Toyuq qızartması-80 qəpik

“Peraşki”-20 qəpik

“Küftə”-50 qəpik

Ətli börək-30 qəpik

Bulkular-50 qəpik-1 manat arası

Kofe-30 qəpik

1 fincan çay- 20 qəpik

Əsas korpusda dərs keçən IV kurs tələbəsi, Türkiyə vətəndaşı Tinan İnanın sözlərinə görə, bufet həmişə təmiz olur: “İşçilərin bizimlə münasibəti yaxşıdır. Bufeti təmiz və səliqəli saxlayırlar. Qiymətlər də normaldır”.

Amma ondan fərqli olaraq digər korpusun tələbələri narazılıq etdilər. II kurs tələbəsi Aynur Hüseyinova: “Qiymətlərdə endirim olsa təbii ki, yaxşı olar”.

Tələbə Könül Mehdiyeva: “Bəzən stolların üstü təmiz olmur. Ancaq ümumi götürəndə pis deyil. Bəzi yeməkləri ucuzlaşdırsalar, yaxşı olar”.

İqtisad Universitetinin tələbələri bu ali məktəbin bufetindəki qiymətdən narazıdırlar.

Qiymətlərlə siz də tanış olun:

Kolbasa-çörək-40 qəpik

Dönər-60 qəpik

Adi su (0,5 l)-40 qəpik

Salatlar-1manat 40 qəpik

III kurs tələbəsi Arzu Əzimova: “Qiymətlər bizi 30% təmin edir. Xidmət isə ürəkaçan deyil”.

Tələbə Yusif Cabbarlı: “Qiymətlər cibimə uyğun deyil, ona görə də yeməyi məcbur olub başqa yerdən alıram”.

Tibb Universitetinin bufeti isə geniş olsa da, təmizliyə riayət edilmir. Bunu tələbələr belə dedilər.

Qiymətlər:

Dönər-1 manat 20 qəpik

Şokalad-50 qəpik

“Peraşki”-20 qəpik

Bulkular-30-80 qəpik

Kofe-30 qəpik

1 fincan çay-20 qəpik

Meyvə şirəsi-50 qəpik.

III kurs tələbəsi Turan Əhmədova bufetin problemlərinin çox olduğunu deyir: “Burda gigiyenik qaydalara əməl edilmir. Qiymətlər isə çox bahadır. Ümumiyyətlə bufetin problemi çoxdur”.

Tələbə Camal Həsənli: “Bufetimiz normal standartlara cavab vermir. Çeşidli yeməklər yoxdur, olan yeməklər isə bahadır. Təmizliyi də yaxı gözləmirlər”.

Odlar Yurdu Universitetinin bufeti isə təhsil müəssisəsinin həyətində yerləşir. Bu da tələbələrin dərsə gecikmələrinə səbəb olur.

Qiymətlər:

Dönər-1manat 20 qəpik

“Peraşki”-20 qəpik

Bulka-20-50 qəpik

Çay-20 qəpik

Kofe-40 qəpik

Meyvə şirəsi-40 qəpik

Kola (0,5 l)-50 qəpik

I kurs tələbəsi Fuad İsmayılzadə bufetdə təmizliyin yaxşı olduğunu dedi: “Amma qiymətlərin baha olmasından narazıyam”.

Tələbə Fərid Şahbazlı isə xidmətin aşağı səviyyədə olduğunu söylədi: “İşçilərin az olması xidmətini səviyyəsinə mənfi təsir göstərir. Buna görə də uşaqlar dərsə gecikir. Qiymətlər küçə ilə müqayisə bahadır”.

 

 
 
 

Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı