Modern.az

210 qanunsuz tikili sökülüb

210 qanunsuz tikili sökülüb

Ölkə

6 Noyabr 2009, 10:07

Sumqayıt şəhərində aşkar olunan qeyri-qanuni tikintilər barədə Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində 218 akt, 55 iddia ərizəsi tərtib edilib.
Modern.az
Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinə istinadən xəbər verir ki, aktlar aidiyyatı üzrə şəhər Polis İdarəsinə və şəhər İcra hakimiyyəti başçısı yanında İnzibati Komissiyaya göndərilib. Bundan əlavə həmin aktlar əsasında şəhər İcra hakimiyyətinə və Polis İdarəsinə mütəmadi məlumatlar verilib. Şəhərin müхtəlif ərazilərində aparılan 80 qanunsuz tikinti işlərinin saхlanılması, ümumilikdə 210-dək qеyri-qanuni tikililərin, о cümlədən 116 fərdi еvin, 77 hasarlanmış sahənin, bir nеçə еyvanın, kоmmеrsiya оbyеktinin söküntüsü təmin еdilib.
Qeyd edək ki, eyni zamanda küçə ticarətinin aradan qaldırılması və piyada yollarının boşaldılması məqsədilə sahibkarlara bildirişlər və xəbərdarlıqlar paylanılıb.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı