Modern.az

Bölgələrdəki gənclər öyrənilir

Bölgələrdəki gənclər öyrənilir

Ölkə

9 Noyabr 2009, 12:04

Bu  günlərdə Şimal bölgəsindən qayıdan əməkdaşımız orada gənclər arasında maraqlı rəy sorğusunun keçirilməsi prosesnidə iştirak edib. S

orğunu Gənclər və İdman Nazirıliyi, Gənclər Təşkilatları Milli Şurası keçirir.

Təxminən 14-18 yaş arasında keçirilən sorğuda əməkdaşımız bir neçə gəncin işğal olunmuş rayonlar sırasında Şamaxı, Ağcabədi, Quba, Qusar, Gədəbəy, Daşkəsən və Naxçıvanın adını şəkdiklərinin şahidi olub.

Məsələ ilə bağlı Gənclər Təşkilatları Milli Şurasından Modern.az-a bildirilib ki, qurum bölgələrdə 84 sualla “Gənclərdən xəbər” adlı rəy sorğusu keçirir. Burada məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, bütün istiqamətlər üzrə onların potensialının öyrənilməsidir.

Konkret nəticələrə gəlincə, bildirilib ki, bu sorğunun nəticələrinin birinci hissəsi 2010-cu ilin yanvarında açıqlanacaq.

Gənclər Təşkilatları Milli Şurası belə bir sorğunu

2005-ci ildə də keçirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı