Modern.az

14 azərbaycanlı jurnalistdən ibarət nümayəndə heyəti Tiflisə gedir

14 azərbaycanlı jurnalistdən ibarət nümayəndə heyəti Tiflisə gedir

کشور

18 Noyabr 2009, 09:33

Noyabrin 20-21-də Tiflisdə Cənubi Qafqaz ölkələrinin jurnalistləri bir araya gələcək. ATƏT-in təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycanı 14 jurnalist, deputat jurnalistlərdən Lalə Abbasova və Elmira Axundova, bundan başqa Qulu Məhərrəmli, Zeynal Məmmədli, Etibar Babayev, Mehman Əliyev və başqaları təmsil edəcəklər.

Məlumatı Modern.az saytına millət vəkili Elmira Axundova verib. Onun sözlərinə Gürcüstan və Ermənistandan da  eyni sayda jurnalist həmin tədbirdə iştirak edəcək. Tədbirə rəhbərliyi ATƏT-in mətbuat azadlığı üzrə komissarı M.Haraşti edəcək. Bundan başqa, məruzələr olacaq. Birinci gün Cənubi Qafqazda jurnalistikanın tədrisi, ikinci gün isə problemləri müzakirə olunacaq. Azərbaycandan Mehman Əliyev mətbuatın iqtisad asılılığı mövzusunda danışacaq. Sonda Cənubi Qafqaz jurnalistləri bəyannamə qəbul edəcəklər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı