Modern.az Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkədə ipoteka kreditləşməsinin bərpa olunduğu 1 iyun 2009-cu il tarixindən 1 dekabr 2009-cu il tarixinədək 1600 vətəndaşa ümumi həcmi 67 mln. manat təşkil edən ipoteka krediti verilib.
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 143 mln.manata çatıb. Nəticədə 3600-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.