Modern.az

Özəl universitet tələbələrinin diplom problemi

Özəl universitet tələbələrinin diplom problemi

Ölkə

3 Dekabr 2009, 15:14

Təfəkkür Universitetinin məzunları diplomlarını almaq üçün Universitetə 100 manat məbləğində pul ödəməyə məcbur edilirlər. Bu barədə məlumatı Modern.az-a “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi verib. Universitetin məzunlarının “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinə verdiyi məlumata görə, məzunlardan diplom rüsumu adı altında alınan məbləğ üçün çek verilmir. Bu da həmin məbləğin qeyri-qanuni alınması ilə bağlı məzunlarda şübhə yaradıb.

Təfəkkür Universitetinin mühasibi Adil Nuruşov isə “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinə bildirib ki, diplom rüsumu üçün 8 manat nəzərdə tutulub ki, bu da tələbələrdən deyil, onların ödədikləri təhsil haqqından tutulur.

Qeyd edək ki, bir müddət öncə Bakı Avrasiya Universitetində də belə bir problem yaranmış, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin işə qarışması nəticəsində problem aradan qaldırılmışdı.

Xatırladaq ki, hələ ötən tədris ilində yaranmış bu problemlə bağlı “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin rəsmi sorğusuna cavab olaraq Təhsil Nazirliyi bildirmişdi ki, tələbə ilə universitet arasında bağlanmış müqavilədən kənar hər hansı bir məbləğin tələb olunması qeyri-qanunidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı