Modern.az

Azərbaycan müəllimlərinin internet-forumu yaradılıb

Azərbaycan müəllimlərinin internet-forumu yaradılıb

Ölkə

3 Dekabr 2009, 16:48

Edu.az təhsil portalı çərçivəsində Azərbaycanın təhsil müəssisələrinin müəllimləri üçün internet-forum yaradılıb. Forumun məqsədi informasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi istiqamətində müəllimlər arasında fikir mübadiləsinin aparılması, bu istiqamətdə təcrübənin bölüşdürülməsi, İKT-nin tətbiqində aktual və problemli mövzuların müzakirəsidir.

Forum həmçinin Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlərin bir araya gətirilməsi üçün effektiv bir vasitə kimi istifadə olunacaq.
Bundan əlavə Azərbaycan müəllimlərinin internet-forumdan həmçinin elektron tədris resurslarının müzakirəsi və qiymətləndirilməsi üçün də istifadə olunacağı planlaşdırılır.      
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı