Modern.az

Yeni Azərbaycan Partiyasının sahibkar namizədləri

Yeni Azərbaycan Partiyasının sahibkar namizədləri

Ölkə

20 Sentyabr 2010, 12:00

Yeni Azərbaycan Partiyası bu il keçiriləcək parlament seçkilərində sahibkarlara da siyahısında yer verib. Partiyanın dəstəkləyəcəyi sahibkarların bəzilərini Modern.az araşdırıb.

Məsələn, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namziədliyi irəli sürülmüş Malik Həsənov rayonda həm də iş adamı kimi tanınır. O, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır.

Bundan başqa, 11 saylı Qaradağ seçki dairəsindən namizədliyi dəstəklənən Ağalar Vəliyev  də sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, həm də “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidentidir.

YAP 78 saylı Lerik seçki dairəsindən namizəd irəli sürdüyü İqbal Məmmədov el arasında “Hacı İqbal” adı ilə məşhurdur. O, “Kaspi-Yıldız” şirkətinin prezidentidir.

96 saylı Goranboy – Naftalan seçki dairəsindən YAP-ın müdafiə etdiyi  Hafiz Muxtarov da biznesmen kimi tanınır.

Bu sıraya 79 saylı İmişli seçki dairəsindən namizədliyi irəli sürülmüş Əsabil Qasımov da daxildir.  O, “KARAT” Holding şirkətinin direktorudur.

39 saylı Kəpəz birinci (Gəncə)  seçki dairəsindən hakim partiya tərəfindən dəstəklənən Xanlar Fətiyev isə Gəncə Avtomobil Zavodunun direktoru, “Aznur" şirkətinin sahibi, Gəncə Futbol Federasiyanın prezidentidir.

121 saylı Laçın seçki dairəsindən namizəd olacaq  – Nazim Fərəcov da biznes dünyasını təmsil edir. Qeyd edək ki, Nazim Fərəcov Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşıdı.

81 saylı Beyləqan seçki dairəsindən namizədliyi irəli sürülən Ayaz Orucovun da geniş biznes şəbəkəsi var. O, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun prezidentidir.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı