Modern.az

Bakıdakı uşaq bağçalarına müraciət edən valideynlər geri qaytarılır

Bakıdakı uşaq bağçalarına müraciət edən valideynlər geri qaytarılır

Ölkə

22 Sentyabr 2010, 13:00

Hazırda Bakı şəhərində 308 uşaq bağçası fəaliyyət göstərir. Paytaxtda yaşayan bağça yaşlı uşaqların 26 faizi baçalara gedirlər. Halbuki, məcburi köçkünlər məskunlaşan məktəbəqədər tərbiyə müəssisələri boşaldılsa, bağçalar 3-5 yaşlı uşaqların 50 faizini qəbul edə bilər. Bu barədə Modern.az saytına Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.

Z.Əliqızı bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindəki bağçalar paytaxtda yaşayan bağça yaşlı uşaqların yalnız 50 faizini əhatə edə bilər, yerdə qalan 50 faizin bağçalara qəbulu imkanı yoxdu, çünki bağçalarda yer yoxdu.

Z.Əliqızının sözlərinə görə, əslində 3 yaşından 5 yaşına qədər uşaqlar  məktəbəqədər tərbiyə prosesini keçməlidirlər. Bu qanunda nəzərdə tutulub və  zəruridi. “Bu gün Bakıdakı bağçalarda çoxlu məcburi köçkün ailəsi yaşayır. Təxminən 700 qrupumuzun otaqlarında məcburi köçkün ailələri məskunlaşıb. Onlar bağçalardan çıxandan sonra biz uşaqların 50 faizinin bağçalara qəbulunu təmin edəcəyik”.
İdarə rəsmisi deyib ki, hazırda Bakı şəhərindəki uşaq bağçalarında boş yer yoxdu. Bağçaların hamısı tamamilə dolub, müraciət edənlər isə az deyil.

”Özəl bağçaların fəaliyyətinə isə biz cavabdehlik daşımırıq, onlar Təhsil Nazirliyindən müəyyən müddət üçün, 5 illiyə lisenziya alır və fəaliyyət göstərirlər. Onların tədris prosesini Təhsil Nazirliyi yoxlaya bilər”-deyə Z.Əliqızı bildirib.

Z.Əliqızı Bakı şəhərindəki bəzi orta məktəblərdə yaranan şagird sıxlığ barədəd də sualımızı cavablandırırb. Deyib ki, şəhərin mərkəzindəki məktəblərə güclu axın müşahidə olunur. Elə məktəblər var ki, nüfuzu var, valideynlər də istəyirlər ki, övladları həmin təhsil ocaqlarında oxusunlar.
“Amma ümumilikdə götürəndə, hazırda Bakıdakı məktəblərində şagird sıxlığı problemi yoxdu”-deyə müsahibimiz əlavə edib. 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı