Modern.az

“Milli Məclis təəssüratlarımı yazsam, felyeton olacaq....”

“Milli Məclis təəssüratlarımı yazsam, felyeton olacaq....”

Ölkə

25 Sentyabr 2010, 17:31

Milli Məclisin deputatı, yazıçı Əkrəm Əylisili bir müddət öncə 2010-cu il parlament seçkilərində namziədliyini irəli sürməyəcəyini bildirib.

Modern.az-a açıqlamasında görkəmli yazıçı parlamentdə keçirdiyi beş il ərzində xeyli maraqlı hadisələrin şahidi olduğunu deyib. Bununla yanaşı, millət vəkili Milli Məclislə bağlı təəssüratlarını qələmə qalmaq fikrində deyil.

“Milli Məclisdəki təəssüratlarımı qələmə alsam, gərək felyeton olsun. Mənsə yaxşı felyeton yazmağı bacarmıram”-deyə Ə. Əylisli deyib.

Hazırda böyük rus dissidenti Aleksandr Soljenitsin haqqında əsər üzərində işlədiyini deyən yazıçının sözlərinə görə, məqsədi bu böyük insanı azərbaycanlılara daha yaxşı tanıtmaqdır. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı