Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İstanbula rəsmi səfərə gedib.
Bu barədə Modern.az SAM-ın mətbuat xidmətindən məlumat verilib. Mərkəzdən bildirilib ki, 25 - 26 iyun SAM-ın direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Qaradəniz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekspertlərinin iştirakı ilə “Yeni vizyon axtarışı: ölkə perspektivləri” mövzusunda forumda iştirak etmək üçün İstanbula rəsmi səfər ediblər.
Forumun təşkilinin məqsədi Qaradəniz Əməkdaşlıq Təşkilatının keçmişdəki fəaliyyətini qiymətləndirmək və gələcək fəaliyyət istiqamətləri haqqında tövsiyələr verməkdən ibarətdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümünün də qeyd ediləcəyi tədbirin birinci günü dövlət və hökumət başçılarının sammiti, ikinci günü isə Azərbaycan, Gürcüstan, Yunanıstan, Rumıniya, Moldova, Bolqarıstan, Serbiya, Albaniya, Türkiyə ekspertlərinin iştirakı ilə forumdan ibarət olacaq.
Modern.az