İran generalı ABŞ-ni hədələdi: Qətiyyətli cavab verəcəyik!
İrana endirilən zərbələrə görə ABŞ-yə qətiyyətli cavab veriləcək.
Modern.az İran mediasına istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi general-mayor Əmir Hatəmi bəyan edib.
O qeyd edib ki, İran əvvəllər də "qətiyyətli cavab" verib və bundan sonra da müqavimət göstərməyə davam edəcək.
...