Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
“Azercell Könüllüləri” sosial məsuliyyət fəaliyyətini davam etdirərək xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl və uşaqları bir araya gətirən tədbir təşkil edib.
Belə ki, Azercell-in təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin uşaqları, Azərbaycan Respublikasının Əmək və ...