Modern.az

Sabiq deputat Əli Əlirzayevlə fotosöhbət

Sabiq deputat Əli Əlirzayevlə fotosöhbət

Fotosöhbət

1 İyul 2011, 08:30

Əli Əlirzayev 1945-ci ildə Naxçıvanda doğulub. 1968-ci ildə indiki Azərbaycan Texniki Universitetini bitirib. İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və iqtisadi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının müdiridir.
1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət komissiyasının sədr müavini olub. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Ailəlidir 3 övladı var.

 

Pioner olan vaxtlarımdı... Təxminən 1959-cu il olar. O zaman həyatın ayrı dadı vardı, əziyyət də vardı, iş də... Fikir verirsiniz, qalstukum köhnədi, elə paltarım da. Kənddə yaşayırdıq, səndən asılı olmayaraq böyük qardaşının paltarlarını sənə geyindirirdilər...

Adamın elə dövrü də olur, belə dövrü də...

 

Orta məktəb yoldaşımla institut dövründə də bir yerdə olduq...

 

Əsgər geyimində olanlar həmkəndlilərimdir. O zaman mən Vilnüsdə praktikada idim. Evdən məktub yazdılar ki, onların yanına gedim. Mən də getdim Belarusa onların yanına...

 

Kəlbəcərə - məşhur İstisuya getmişdik...

 

Böyük qardaşım, atam və mən... Bu şəkil 1977-ci ildə çəkilib...

 

Belə uzun saç saxlamağın dəb zamanı var idi...

 

1984-cü il. Tallinə doktorluq işimə rəy almağa getmişdim... Deyəsən bu şəkli qızlar çəkib... Cavanlıq gözəl şeydi... Amma indi mənə nə olub ki... Cavanam da...

 

Yeni nişanlanan vaxtlarımızdı...

 

Gəncliyin xatirəsi olan bu şəkil də çox xoşuma gəlir...

 

Gürcüstandan olan tələbə yoldaşımızın toyuna getmişdik. O zaman içdiyim çaxırın dadını hələ də unutmamışam.

 

Kənddən gəlib elmi iş müdafiə edən adamın yaman çox arzuları var idi...

 

Bu şəkli də verin... Arıq vaxtlarımdı, ona görə də "vodolazka" geyinmişəm... 

 

Sankt-Peterburq. 1989-cu il.

 

Həyat yoldaşım, qızlarım və oğlum... Burda hələ balacadırlar. 

 

Dostlarla Türkiyədəyik....

 

Milli Məclisin üzvü kimi xarici səfərdəyik...

Kiprin qurucusu Rauf Denktaşla...

 

Məlahət İbrahimqızı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısındayıq...

 

Məhşur simalardı: Əli Nağıyev, Sudeyf İmamverdiyev...

 

Milli Məclisin köhnə zalı. Rəhmətlik Zakir Zeynalov, Şaitdin Əliyev və Zəlimxan Yaqub.

Oğlum və qızım Türkiyədə...

 

İstirahət vaxtıdı, amma hara olduğu yadımdan çıxıb.

 

Sənətçilərlə də bir şəklimizi verin... Südeyif İmamverdiyevlə yanımızdakılar Briliyant Dadaşova, Azər Zeynalovdur.

 

1995-ci il...Türkiyəyə getmişik. Mən deputat seçilmədim, könlümü almaq üçün bu nümayəndə heyətinə üzv yazdılar məni...

 

Amerikadayıq...

 

Gecə saatları Sankt Peterburqda, Neva çayındayıq... Havanın soyuq olduğunu görürsünüz.

 

Murtuz Ələsgərovun ad günüdü...

 

Eldar Sabiroğlu, Şahlar Əsgərov, Hacı Madər, Firdovsi Əliyev... Yəqin ki, hardasa toydayıq...

 

Bu da mənim ad günümdü...

 

Nazim Nağıyev Səbalin rəisi olan vaxtlardı...

 

Toydayıq, onda nə Murtuz Ələsgərov spiker idi, nə də mən deputat...İkimiz də xanımımızla toya gəlmişik... 

 

Bu şəkil də mənim ad günümdə çəkilib...

 

Ailəlikcə toya getmişik...

 

Milli Məclisin iclas salonunda...

 

Yenə toydayıq, deyəsən mənim şəkilərimin hamısı elə toyda çəkilib...

 

Mərhum Fərəməz Maqsudovla...

Bu şəkil özümdən xəbərsiz lentə alınıb...

 

Deputatlar həyat yoldaşları ilə toya gəliblər...

 

Keçən günlərdən daha bir şəkil.

 

Yenə toy...

 

Oynamağı xoşlayıram...

 

Həyat yoldaşım, oğlum və mən... 

 

Bu da mənim rəhbəri olduğum kafedra ailəsi...

 

Babək filmi burada çəkilib, Culfada...

 

Fəttah Heydərov və onun nəvəsi ilə...

 

Həcc ziyarətində...


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi