Modern.az

Prezident Abdulla Gül çox özəl FOTOLARDA

Prezident Abdulla Gül çox özəl FOTOLARDA

Fotosöhbət

7 Avqust 2011, 11:10

Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül 29 oktyabr 1950-ci ildə Kayseridə dünyaya gəlib. Orta təhsilini Kayseri liseyində bitirdikdən sonra İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Həmin universitetin məzunu olduqdan sonra doktorluq dissertasiyalarını müadafiə etmək üçün London və Ekseterdə staj keçib.

1983-1991-ci illər arasında mərkəzi Ciddədə yerləşən İslam İnkişaf Bankının iqtisadiyyat üzrə müşaviri olub.

1991-ci ildə Beynəlxalq İqtisadiyyat sahəsində dosent dərəcəsi alıb. Həmin il vaxtından əvvəl keçirilən seçkilərdə Rifah partiyasının Kayseri millət vəkili kimi parlamentə daxil olub.

1991-1995-ci illər arasında parlamentin Plan və maliyyə komissiyasının üzvü olub.

1993-cü ildə Rifah partiyasının xarici işlər üzrə sədr müavini vəzifəsinə seçilib. Bu vaxt ərzində Avropa və Amerikadakı bir çox qurumlarda iştirak etdiyi konfranslarda partiyasının siyasi xətti haqqındakı fikirlərini ifadə edib.

1995-ci ildə keçirilən ümumxalq seçkilərində ikinci dəfə Rifah partiyasının Kayseri millət vəkili seçilib.

1995-2001-ci illər arasında parlamentin Xarici işlər komissiyasının üzvü olub, 54-cü hökumətdə, dövlət naziri və hökumətin rəsmi nümayəndəsi vəzifələrini icra edib.

1999-cu ildə Fəzilət partiyasından üçüncü dəfə millət vəkili seçilib 14 may 2000-ci ildə keçirilən Fəzilət partiyasının növbədənkənar Konqresində partiya sədrliyinə namizəd olub. Sədrliyə cüzi səs fərqi ilə seçilməsə də, konqresdə əldə etdiyi nəticə bütün siyasi dairələrdə böyük bir müvəffəqiyyət kimi dəyərləndirilib.

Fəzilət partiyasının bağlanması ilə birlikdə Yenilikçi hərəkatın liderlərindən biri olub. Fəaliyyətinin ilk dövründən etibarən xalqın böyük rəğbət göstərdiyi Yenilikçi hərəkatı 2001-ci ilin avqustunda Ədalət və İnkişaf Partiyası adı ilə türk siyasi həyatındakı yerini alıb.

Abdulla Gül Ədalət və İnkişaf Partiyasının (AKP)  təsisçilərindən biri kimi partiyalaşma dövründəki rolunu davam etdirib, siyasi və hüquqi işlər üzrə məsul sədr müavini olub.

3 noyabr 2002-ci ildə təkrar millət vəkili seçilib.

16 noyabr 2002-ci il tarixində Baş nazir kimi 58-ci hökuməti qurub.

14 mart 2003-cü il tarixində Ədalət və İnkişaf partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyində qurulan yeni kabinetdə baş nazirin müavini və xarici işlər naziri olub.

24 aprel 2007–ci ildə partiyası tərəfindən Türkiyə prezidentliyinə namizədliyi irəli sürülüb. 2007-ci il avqustun 28-dən prezident vəzifəsinin icrasına başlayıb.

Evlidir 3 övladı var. İngilis və ərəb dillərini bilir.

Modern.az saytı Abdulla Gülün özəl və ailə şəkilləri də daxil olmaqla fotolenti təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi