Modern.az

Politoloq Eldar Namazovla fotosöhbət

Politoloq Eldar Namazovla fotosöhbət

Fotosöhbət

19 Mart 2012, 09:31

Eldar Saqif oğlu Namazov 23 dekabr 1956-cı ildə Ağstafa rayonunda anadan olub. 1974 -1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib. İncəsənət üzrə bakalavrdır (tarix bölümü).

1981-1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışıb. Fəlsəfə elmləri doktorudur (tarix bölümü).

1985-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində işləyib.

Fevral 1991 - sentyabr 1993 - Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri olub.

1993-cü ilin sentyabrından 1999-cu ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) kimi fəaliyyət göstərib.

2001-ci ildən “Azərbaycan Naminə” İctimai Forumunun prezidentidir. Mərkəzi tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.

Eldar Namazov ABŞ-ın iki şəhərinin fəxri vətəndaşı, bir şəhərinin isə fəxri meridir. Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı üçün - Məmmədəliyev Qızıl Medalına layiq görülüb.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Evlidir, bir oğlu var. 

 

 Atam, anam və mən. Atam Saqif Namazov, anam isə Qəmər Seyidovadır.

 

İnstitut vaxtı tələbə yoldaşlarımla birgə gəzintidə olarkən.

 

Ukraynada hərbi xidmət zamanı əsgər yoldaşlarımla birgə.

Əsgərlikdə bölmə komandiri olmuşam.

 

O zaman SSRİ ilə ABŞ arasında birgə layihə vardı. Bu şəkli həmin layihə çərçivəsində amerikalı dostlarla çəkdirmişik. Sağdakı SSRİ dövlət mükafatı laureatı Viktor Kazlovdur.

 

Kəlbəcərdə dincəlirdik...

 

Elmlər Akademiyasında Novruz bayramı şənliyindəyik. Yanımdakı dostum Fərda Əsədovdur. Bəzən bizi bir-birimizə bənzədirlər.

 

Kəndimizdə dostlarla yeyib-içirik...

Göyçə gölünün ətrafında...

Əskiparada alban kilsəsinin yanı...

 

Ailəm, həyat yoldaşım, oğlum və mən...

Kənddə istirahət edirik...

1985-1986-cı il. Amerika politoloqları ilə ilk tanışlığım...

1988-ci il Amerikada Qarabağla bağlı çıxış edirəm.

 

Mən Şahmat Federasiyasının rəhbəri olduğum zaman... Bu gənclər indi dünyanın ən tanınmış qrosmeystrləridir. Sağdakı Teymur Rəcəbovdur, uşaq idi onda...

 

Şahmat üzrə dünya çempionu Anatoli Karpovla...

Heydər Əliyevin köməkçisi və katibi işləyirdim, tədbirlərin birində çəkilib bu şəkil...

 

Heydər Əliyev və Murtuz Ələsgərovla...

 

1993-cu ilin dekabrı, Heydər Əliyevin Fransaya ilk rəsmi səfəri zamanı Ziya Bünyadov, Bəxtiyar Vahabzadə idə bizimlədir...

1994-cü il. ABŞ-da prezident Bill Klintonla görüş...

 

Heydər Əliyevin Polşaya rəsmi səfəri zamanı, prezident bizi Polşa prezidenti Aleksandr Kvasnevskiyə təqdim edir.

 

Moskvaya rəsmi səfər zamanı baş nazirin birinci müavini Boris Nemiçovla görüşürəm. 1997-ci il.

 

1996-cı il Kremldə Boris Yeltsinlə gərgin görüşümüz oldu...

 

Dostum Süleyman Dəmirəllə...

Heydər Əliyevlə Kislovodskda olarkən səmimi söhbət edirik...

 

Şahmat oyunlarında...

Kvasnevskiylə Heydər Əliyevin görüşü zamanı...

 

1999-cu ilin dekabrı. İstefaya gedəndən sonra dostum Vəfa Quluzadə ilə ABŞ-da...

 

Vəfa Quluzadə ilə Həccə getmişik...

 

Biz yeddi sinif yoldaşı düz 48 ildir dostluq edirik. Hər il bayramlarda ailəliklə bir yerdə oluruq...

 

Yenə Həcc ziyarətində...

 

Milli muğamımızı çox gözəl ifa edən amerikalı mügənni Cefri ilə Bakıda..

 

Oğlum Saqif Namazovun andiçmə mərasiminə getmişdim...

 

Anatoli Karpov, oğlum və mən...

 

“Azərbaycan Naminə” İctimai Forumun ilk tədbiri...

 

1999-cu il. ABŞ-ın o vaxtki dövlət katibi Ceyms Beyker və Vəfa Quluzadə...

Parlament seçkiləri ərəfəsində...

 

 

 

Parlament seçkisi öncəsi gənclərlə, ağsaqqallarla görüşüb, onların problemlərindən hali olmağa çalışırdım.

 

Rəhmətlik Anar Məmmədxanov maraqlı insan idi...

 

2005-ci il. Moskvada azərbaycanlıların etiraz mitinqində çıxış edirəm.

2005-ci il. Avopa Şurasının baş katibi Terri Devis müxalifət nümayəndələrilə görüşür...

 

Azərbaycan Naminə Müsbət Dəyişikliklər Təşkilatının tədbirində...

Azad Fikir Universitetində çıxış edirəm...

 

Ziyalılar Forumu 8 martla bağlı xanımları təbrik edir...

 

Müsahibədə ciddi mövzu müzakirə olunur...

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir