Modern.az

Yazıçı Əkrəm Əylisli ilə FOTOSÖHBƏT

Yazıçı Əkrəm Əylisli ilə FOTOSÖHBƏT

Fotosöhbət

6 Dekabr 2012, 10:32

Bu gün tanınmış yazıçı Əkrəm Əylislinin ad günüdür, onun 75 yaşı tamam olur. Modern.az saytı bunu nəzərə alaraq, yazıçı ilə 2010-cu ildə yayımlanan fotosöhbəti təkrar dərc edir.

Əkrəm Nəcəf oğlu Naibov-Əylisli 1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Xalq yazıçısı, əməkdar incəsənət xadimidir. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir. Pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulub, publisistik məqalələri geniş ictimai rəy doğurub. Dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. Rus dilini bilir.

1962-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləyib. 1964-cü ildən «Kommunist» qəzetinin ədəbi işçisi, 1965-ci ildən Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşı, 1968-ci ildən «Gənclik» nəşriyyatının baş redaktoru olub. 1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasının ssenariçisi, 1971-ci ildən «Mozalan» satirik kinojurnalının baş redaktoru, 1973-cü ildən Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru, 1978–1983-cü illərdə «Azərbaycan» jurnalının baş redaktoru, 1988–1989-cu illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, 1992–2003-cü illərdə «Yazıçı» nəşriyyatının direktoru vəzifələrində çalışıb. Bitərəfdir.

2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Yazıçı hazırda Azərbaycan Ziyalılar Forumunda təmsil olunur.
Evlidir, 2 övladı var.


Lap uşaqlıq şəklim yoxdur. Mən lap balaca olanda bizim evdə güzgü də olmayıb. İlk dəfə özümü güzgüdə 10 yaşım olanda görmüşəm. Bu şəkildəki vaxtımda artıq yeddillik Əylis məktəbini bitirmişəm... Şəkil həmin məktəbin həyətində lentə alınıb.

Bu şəkildə texnikum tələbəsiyəm, şəkil Naxçıvanda bibimoğlunun həyətində çəkilib.1956-cı il.

Texnikum yoldaşlarımla. 1956-cı il.

Bu şəkildə təxminən 19 yaşım olar. Bakıda texnikumda oxuduğum birinci ildi.

BDU-nun (O zaman ADU idi) II kurs tələbəsiyəm. 1959-cu il.

Yoldaşım və uşaqlarım.1970-ci il.

Yəmənin Tais şəhərində ərəb şeyxi və rus yazıçısı ilə. 1970-ci il.

SSRİ yazıçılarının Monqolustana gedən nümayəndə heyətnin tərkibindəyəm.

Yenə Minskidə ədəbiyyat günləri...1971-ci il.

Böyük oğlum İlyası gəzdirirəm. 1975-ci il.

Bu şəkil Minskdə Orta Asiya ədəbiyyat günləri zamanında çəkilib.1976-cı il.

Oğlum İlyasla...1977-cü il.

Anam Əylisdə...

Monqolustan, Orxon Yenisey abidəsinin önündə...

ADU-da “Azərbaycan” jurnalının kollektivi ilə görüş. Soldan Vaqif Yusifli, Mövlud Süleymanlı, Nadir Cabbarov, mən...1980-ci il.

Kiyev, Dneprin sahilində... 1980-ci il.

Əylisdə Əlmüzür dərəsində...

Yaltada bir qrup sovet yazıçısı ilə birgə...

Dövlət Universitetində görüşdəyik.

“Azərbaycan” jurnalının 60 illiyi ilə bağlı dövlət əhəmiyyətli tədbir.

Yazıçı Nəşriyyatı...Muxtar İmanov və rəssam Azər Ələkbərov. 1977-ci il.

Həyat yoldaşımla. 1978-ci il.

Fəttah Heydərov, İmran Qasımovla birgə. Ordubadda.1978-ci il.

Oğlanlarım İlyas və Nəcəf. 1979-cu ul.

Tofiq Tağızadə və Cəmil Əlibəyovla. 1979-cu il.

Don sahili, Vyoşonskidə Şoloxovla görüş.1979-cu il.

Kiyevdə İvan Draçla... 1979-cu il.

Şəkidə “Bağdada ptyovka” pyesinin primyerası.1980-ci il.

Şuşada şuşalılarla bir yerdə...

Rəssam Cəmil Mustafazadə Əylisə gəlib. 1987-ci il.

Norveç. Borgen şəhəri. 1994-cü il.

Bakıda nəşriyyatda işləyən dövrlərimdi. 1995-ci il olar.

Norveçə getmişdim.

Norveçdə süvenir mağazasında.

Oğlum İlyasla İstanbuldayam.

Türkiyənin Kayseri şəhərində...

Əylis yaxınlığında Gilan xarabalığı...

İraqda Mədain xərabələri qarşısında.

Əylis mənzərələrindən...

Naxçıvanda yubiley tədbiri.

Əylisdə öz həyətimizdəyəm.

Milli Məclisdə Rafiq maraqlı şəkillər çəkir.

Milli Məclisdə

Əylisdə Arsı dağının fonunda. 2007-ci il.

Ordubadda çəkilən son şəkillərimdəndir...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir