Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda görkəmli şair,dramaturq və tərcüməçi Adil Babayevin ailəsində anadan olub.
| |
Bu mənim ilk fotoşəkillərimdən biridir. 1951-ci ildə çəkilib. | |
| |
Bakının Hüseyn Cavid adına 132 nömrəli məktəbində oxuyarkən çəkdirmişəm. | |
| |
Məktəb illəri bitdi ... | |
| |
Atamla olan bu şəkil 10-cu sinfi bitirən zaman çəkilib. | |
| |
Atam Adil və anam Gülnar 1949-cu ildə ailə qurublar . | |
| |
Nənəm Xeyransa xanım ... | |
| |
Bu şəkil İncəsənət İnstitunun (hazırda Mədəniyyət və İncəsənət Universiteti) tələbəsi olduğum illərdən xatirədir . | |
| |
Zuğulbada keçrilən yaradıcıı gənclərin seminarında çıxış zamanı ... | |
| |
Bu şəkil Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Təbliğat, mədəni kütləvi işlər şöbəsinin müdiri olarkən çəkilib. Şəkildə solda mən, ortada o vaxt mənim müavinim, hazırda Moskvada yaşayan tanınmış jurnalist Oleq Məmmədov və sağda komsomolun Tələbə-gənclər şöbəsinin müdiri, hazırda vergilər nazirinin müavini olan Sahib Ələkbərovdur. | |
| |
1976-cı il yanvarın 3-də Nazlı xanımla ailə həyatı qurduq. | |
| |
1977-ci il Zaqatala şəhərində Azərbaycan Komsolu Mərkəzi Komitənin təşkilatçılığı ilə yaradıcı gənclərin seminarı keçrilirdi. Tədbirdə görkəmli ziyalılarımızdan bəstəkar Fikrət Əmirov, Emin Sabitoğlu, rəssam Arif Hüseynov, aktyor Rasim Balayev, İlham Namiq Kamal, heykəltaraş Fuad Salayev, Fidan, Xuraman Qasımova bacıları və başqalarıı iştirak edirdilər. | |
| |
Yazıçı, jurnalist İsa İsmayılzadə məndən müsahibə alır. | |
| |
Bu şəkil Bakı Şəhər Partiya Komitəsinin Təbliğat, təşviqat şöbəsinin müdiri işlədiyim zaman çəkilib . | |
| |
Unudulmaz sənətkarımız Rəşid Behbudovla Gürcüstanda keçirilən Tbilisoba bayramında iştirak edirdik. Həmin tədbirdə Rəşid müəllimi Tbilisinin fəxri vətəndaşı seçdilər. | |
| |
Bakı ilə qardaşlaşmış Bordo şəhərinin meri, Fransanın görkəmli ictimai-siyasi xadimi Şaban Delmas mənə xatirə medalı təqdim edərkən.. 1983-cü il . | |
| |
Unudulmaz sənətkarımız mayestro Niyazı ilə tez-tez görüşərdik. Bu foto da ötən əsrin 80-ci illərinin əvvəlində Filarmoniyada çəkilib. | |
| |
Bir jurnalist kimi prezident Heydər Əliyevi bir çox xarici səfərlərdə müşayiət etmişəm, müsahibə almışam. Bu şəkil 1994-cü ildə Londonda çəkilib. | |
| |
1994-ci ildə prezident Heydər Əliyevin Amerika səfəri zamanında onu müşayiət edən jurnalistlərin arasında mən də vardım. Bu şəkil BMT-nin həyətində çəkilib. Sağdan AzərTAc-ın indiki direktoru Aslan Aslanov, mən və fotojurnalist Sabir müəllim.... | |
| |
Türkiyənin 8-ci prezidenti Turqut Özalla bir neçə görüşüm olub, onunla olan müüsahibələrim Azərbaycan və Türkiyə televiziya kanallarında dəfələrlə nümayiş etdirilib. Bu şəkil 1992-ci ilin iyun ayının 16-da olan görüşümüzdən xatirədir. | |
| |
Müsahibə aldığım görkəmli ictimai-siyasi xadimlərdən biri də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl olub. | |
| |
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədr müavini olarkən türk televiziyaları ilə əlaqələrin qurulmasına xüsusi diqqət ayrırdım. 1992-ci ildə məşhur türk sənətçisi Barış Manconun iştirakı ilə AzTV-də çəkilən 4 proqram may ayı boyunca hər bazar günü Türkiyənin TRT kanalı ilə də yayımlandı. Bu şəkildə şirkətin sədri Elşad Quliyev Barış Mancoya bizimlə yaradıcı əməkdaşlıq üçün təşəkkürünü bildirir. | |
| |
Məşhur ingilis yazçısı Ceyms Oldriçlə Londonda görüşüm unudulmaz xatirələrimdəndir. Bu barədə mətbuatda yazılarım dərc olunub, eləcə də televiziya üçün ayrıca veriliş hazırlamışam . | |
| |
Türk sənətçiləri arasında Azərbaycana xüsusi məhəbbəti ilə fərqlənən müğənnilərdən biri də mənim “Sözlü-nəğməli İstanbul” verilişimin qonaqlarından biri Ebru Gündeşdir. | |
| |
“Sözlü-nəğməli İstanbul” verilişinin məşhur qonaqlarından biri Coşqun Sabahla... | |
| |
Barış Manconun türk televiziyası ilə yayımlanan “Doludizgin” proqramının qonağı idim. Türkiyədən hazırladığım televiziya verilişlərinə görə məni mükafatlandırdılar . | |
| |
Məşhur türk sənətçisi Kayahanla bizi uzun illərin dostluğu birləşdirir. | |
| |
Türkiyənin popstarı Ajda Pekkanla... | |
| |
Məşhur türk müğənnisi Sibel Canın Azərbaycan televiziyasına ilk müsahibəsi mənimlə oldu. | |
| |
Barış Manco Bakıda keçrilən Novruz şənliklərindən maraqlı proqram hazırlamışdı. | |
| |
Azərbaycan tamaşaçılarının Tarkanla ilk tanışlığı da müəllifi olduğum “Sözlü-nəğməli İstanbul” proqramında olub. | |
| |
Rafet el Roman BTR studiyasının qonağıdır. | |
| |
Müşərrəf Akayın Bakıda qastrol səfəri zamanı konsertdən öncə oğlum Adillə çəkdirdiyi xatirə rəsmi. | |
| |
Məşhur türk müğənnisi Müşərrəf Akay gözəl oxumağı da, dostluq etməyi də bacaran xanımlardandır. | |
| |
Bu şəkil İstanbulda görkəmli Azərbaycan rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərginin açılışı zamanı çəkilib. Şəkildə soldan rəssam Ağarəhim Əliyev, Zeynəb Xanlarova, Tahir Salahov və mənəm. | |
| |
Böyük sənətkarımız Mirzə Babayevin “Bakı-Raks” Şirkətində istehsal olunan ilk musiqi albomunun sevincini bərabər paylaşdıq. | |
| |
Rəşid Behbudovun “Bakı-Raks” Şirkətində istehsal olunan albomunun təqdimat mərasimindən. Soldan mən, bəstəkar Siyavuş Kərimi, müğənni İlhamə Quliyeva və Mübariz Tağıyev. | |
| |
| |
| |
Qızım Aytən, oğlum Adil ... | |
| |
Görkəmli siyasətçi Rauf Denktaş “Space” Teleradio Şirkətinin qonağıdır. | |
| |
Türkiyənin məşhur iş adamı Sakib Sabançı ilə görüşlərimdən bir xatirə... | |
| |
Misir ehramlarının özgə hüsnü var... | |
| |
Mənim üç nəvəm var. Bu ilk nəvəm Mənzərdir. | |
| |
Adilə nəvəm... | |
| |
İlk oğul nəvəm Etibar. .. | |
| |
60 yaşın tamamı hələ ömrün tamamı deyil... |