Musayev Madər Ələsgər oğlu 1947-ci il noyabrın 26-da Bakı şəhərində doğulub. 182 saylı orta məktəbdə təhsil alıb. 1975-1982-ci illərdə Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində oxuyub. «Şöhrət» ordeni ilə təltif edilib. Rus dilini bilir.
1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri olub. Bitərəfdir.
1990-cı ildə XI çağırış Azərbaycan Respublikası Ali Sovetinin, 1995-ci ildə I və 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci ildə dördüncü dəfə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
|
Bu mənim birinci şəklimdi... |
|
Atamla birlikdə... |
|
Yeniyetməlik çağlarımdı, o vaxtın öz dəbi vardı. |
|
Bu da həmin dövrlərin xatirəsidi. |
|
1977-ci ildir, xaricdəyəm. |
|
Bu şəklil 1990-cı ildə çəkilib |
|
Bu şəkil montaj olunub. 1990-cı ildə müqəddəs Həcc ziyarətinə getmişdim. |
|
1995-ci il. İkinci dəfə deputat seçildiyim dövrün xatirəsi... |
|
Şeyx həzrətləri mənə çox qiymətli hədiyyə - müqəddəs Quran kitabı bağışlayır. |
|
Ziya Bünyadov və Əli Ansutski ilə parlamentin iclas zalında... Allah hər ikisinə rəhmət eləsin. |
|
Şeyx həzrətləri və Vasim Məmmədəliyevlə müqəddəs yerlərin ziyarətindəyik... |
|
Əli Hüseynov həm də maraqlı həmsöhbətdi... |
|
İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ilə görüşürəm. |
|
Yaxın dostum, tanınmış rəssam Ağarəhim Rəhimovla... |
|
Binəqədi rayon İcra Hakimiyyətində toplantıdayıq. |
|
2005-ci il. Binəqədi rayonunun rəhbərliyilə Biləcəri körpüsünün tikintisinə baxmağa gəlmişik. |
|
İran nümayəndə heyətilə birgə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirik. |
|
Binəqədi kəndində yerləşən 179 saylı orta məktəbdə tədbirdə... |
|
Binəqədi rayonu ərazisindəki Zərifə Əliyeva adına parkda keçirilən mərasimdəyik... |
|
Prezident Binəqədi rayonuna qonaq gəlib. |
|
İran-Azərbaycan Dostluq cəmiyyətinin üzvləri Milli Məclisin foyesində... |
|
Dostum İmamverdi İsmayılovla Milli Məclisdə də yanaşı əyləşirik. |
|
Milli Məclisin sədri Oqtay Əsədov mənə "Şöhrət" ordenini təqdim edir. |
|
Bu şəkil də həmin mərasimdə çəkilib. |
|
Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi tədbirdəyik. |
|
Oqtay Əsədov və Ülvi Quliyevlə birgə... |
|
Professor Cəlal Ağakişiyevlə xaricdə istirahətdəyik... |
|
Milli Məclisdə çəkilən son şəkillərimdəndi... |
|
Övladlarımla 60 yaşımı qeyd edirəm. |
|
Gərək dünyada elə bir ad qoyasan ki, nəvə-nəticələrin sənin adın gələndə sevinsin... |