Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq,1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.
1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb.
Hazırda Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiridir.
Ailəlidir, bir qız və bir oğul atasıdır.
***
Modern.az saytı bu gün - 6 yanvar 2013-cü il tarixində dünyasını dəyişmiş Murad Babayevlə fotosöhbəti təkrar yayımlayır...
Allah rəhmət eləsin...
|
Uşaqlığım... 1963-cü il, atamın maşını... |
|
Məktəb illəri -1967-ci il. Ortadakı mənəm, o birilərsə dostlarım Camal Hacıyev və Nəriman Əsədovdur... |
|
1972-ci il, əsgərlik xidmətimi çəkirəm. Neftçala rayonu Bankə qəsəbəsi... |
|
1968-ci il. Birinci kursda oxuyarkən... |
|
1972-ci il atam Köçəri Babayev və qardaşım Fikrət Babayevlə. Universitetdə imtahanla bağlı problem yaranmışdı. Atam ona görə gəlmişdi. Bu şəkil o günlə bağlıdır. |
|
Tələbəlik illəri dostlarım. İlham Həsənov Sumqayıt Apelasiya Məhkəməsinin kollegiya sədri və Kamil Məmmədov AzTV-də işləyir.1973-cü il ... |
|
1972-ci ilin avqustu. Tələbə yoldaşlarım əsgərlik xidmətimdən sonra bizim kəndə qonaq gəliblər. |
|
Cavanlıqdan daha bir xatirə... |
|
Universiteti bitirdiyim gün - 30 iyun 1973-cü il. Qrup yoldaşlarım Gülüzar Rzayeva, İntizar Bayramova və Maya Hüseynova ilə birgə |
|
|
Nikah günü - 2 oktyabr 1973-cü il. |
|
Rəqs etməyi çox sevirəm. "AvtoVAZ"ın direktoru Aydın Nəcəfov və mən. 1976-cı il. Bir məclisdən... |
|
Müstəntiqəm. Xidməti kabinetimdə işləyərkən, 1978-ci il. |
|
1979-cu il, ölüm işləri üzrə baş müstəntiq işlədiyim zamanlar... |
|
Sankt-Peterburq şəhərinə səfərdən, müstəntiq işlədiyim vaxtlar. |
|
1980-cı il. Gənclik dostlarım Əzizağa Həsənov və Hikmət Əsədov. |
|
1984-cü il. Yuqoslaviyanın Belqrad şəhəri. Onda Mingəçevir şəhərinin prokuroru idim. Yanımdakı Bakı şəhər prokuroru Əliş Əliyevdir. |
|
1980-ci il 25 oktyabr. Həyatımda unudulmaz günlərdən biri. Türkiyənin İstanbul şəhəri, Bosfor boğazından gəmiylə keçərkən. İstanbulla ilk tanışlıq. |
|
Mingəçevirdə prokuror işləyirdim. 1985-ci il. Zeynəb Xanlarovanın 50 illik yubileyində. |
|
Yurmala şəhərinin qadın prokuroru İnqaborqa Briqita Albertovna Azərbaycana qonaq gəlib. Göygöldə istirahət zamanı. Onda Mingəçevirdə prokuror idim. Digərləri Çərkəz Musayev Yevlax şəhər prokuroru və Tofiq Qafarov məşhur professor, 1986-cı il. |
|
Qubadlıda birinci katibin mühüm dövlət sənədləri oğurlanmışdı. Onda baş prokuroun birinci müavini idim. Mənimlə birgə Respublika KQB-sinin birinci müavini Kudaşkin və daxili işlər nazirinin müavini Akif Rəfiyevlə getmişdim. İlham Abbasov və Rövşən Əliyevlə birlikdə Qubadlı prokurorluğunda. 1990-cı il. |
|
İstanbulun bir çox qəzetlərinə müsahibə vermişəm. 21 oktyabr 1990-cı il. O vaxt SSRİ KQB-si tərəfindən 3 türk juranlisti saxlanmışdı. Onlar 75 gün KQB-də həbsdə qaldılar. Mən onları azadlığa buraxdım. Onda baş prokurorun müavini idim. Onlar 1990-cı ilin yanvar hadisələrini işıqlandırmağa gəlmişdilər. Bütün türk qəzetləri məndən yazdı. İrfan Sapmaz “75 gün həbsdə” kitabını yazdı. Kitabda "Murad Babayev milli qəhrəman idi" deyə qeyd edilirdi. Bütün türk qəzetləri də 1 ay bundan yazdı. |
|
İstanbul - həyat yoldaşım, oğlum və mən. 1991-ci il. Həmin ili deputat seçilmişəm. |
|
|
Parlamentdə çıxış edərkən.1991-ci ildə... |
|
Ayaz Mütəllibov İranın Baş Prokurorluğunun işçilərini qəbul edərkən.1991-ci il. |
|
Baş prokuror olanda -1992-ci il... |
|
ABŞ-da, Nyu-York şəhərində qeyri-rəsmi görüş zamanı ... |
|
|
|
Respublika Prokurorluğunun kollegiya iclası 1992-ci il. |
|
Baş prokurorun - mənim kabinetim. Soldan keşmiş ədliyyə naziri Əlisahib Orucov, AR dövlət müşaviri, indiki deputat Sabir Hacıyev, Ali Məhkəmənin o zamanki sədri Hüseyn Talıbov. İclasdan sonra, 1992-ci il. |
|
Ölkə başçısı Ayaz Mütəllibov İran nümayəndə heyətini qəbul edir... |
|
Mərkəzi Komitəsinin keçmiş birinci katibi Kamran Bağırovla Türkiyənin Antalya şəhərində istirahət zamanı. 1998-ci illərin axırı. |
|
Kamran Bağırovla tennis turnirində qazandığımız qələbəni qeyd edirik. |
|
General-leytenant Valeh Bərşadlı ilə bir toy məclisində. |
|
SSRİ-nin keçmiş baş hərbi prokuroru Aleksandr Filipoviç Katusev Bakıya evimdə qonaq idi.1997-ci il. |
|
Azərbaycan-Türkiyə iş konseyinin prezidenti Ali Yücel ən yaxın dostum idi. İndi dünyasını dəyişib. |
|
2000-ci il professor Firudin Səməndərovun 60 illik yubileyində. Ortada İkram Kərimov Sumqayıt Apelasiya məhkəməsinin sədridir və professor Xanlar Ələkbərov. |
|
Azərbaycan Respublikasının iki keçmiş Baş prokuroru... Eldar Həsənovla yaxşı münasibətlərimiz var. |
|
35 il keçməsinə baxmayaraq, yenə də tələbə yoldaşlarımla bir yerdəyik. Tələbə yoldaşlarım - Apelasiya Məhkəməsinin sədri Gülzar Rzayeva, Notariat kontorunun sabiq rəhbəri Maya Hüseynova, Respublika Prokurorluğunun işçisi Fəxrəddin Məmmədovla BDU-nun dosenti Rauf Şəmsizadənin oğlunun toyundayıq. |
|
İlk nəvə çox şirin olur... |
|
Nəvəmin 10 yaşı olanda. 2009-cu il. |
|
Ankara "Şeraton" oteli. Toydayıq. Eynəkli şəxs Türkiyənin məşhur iş adamı Ahmet Aydenizdir, o birisi isə Şimali Kipr Respublikasının təhsil naziridir. |
|
Bacım qızı Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. İndi İsveçdə magistraturada oxuyur. Bir dayı kimi bacım qızı Səbinə Babaşova ilə fəxr edirəm. |
|
Pprokurorluqda muzeyin açılışında. Şəkildəki simaları yəqin tanıyırsınız... |
|
İstanbul Acıbadem xəstəxanası. Boğaz əməliyyatına getmişdim. Cərrah Nasir Dadaşzadə, 2009-cu il. |
|
Kiyevdə ürək əməliyyatından sonra - 2010-cu il. |
|
Gülləri çox sevirəm. Həyətimdə çoxlu gül golları əkmişəm... |
Modern.az