Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir. 1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləyib. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olub. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. 1 övladı var. |
![]() |
Bu, mənim birinci şəkilimdi. Deyirlər bu şəkil çəkiləndə altı aylıq imişəm... |
![]() |
Burada iki yaşım tamam olmayıb. Atam, anam, nənəmlə Kislovodskdayıq. 1968-ci ildir. |
![]() |
Tez-tez məni fotostudiyaya şəkil çəkdirməyə aparırmışlar. Bu şəkildə txminən 5 yaşım olar. |
![]() |
Anam diktor olanda ondan əl çəkmirdim. Bu şəkili telestudiyada çəkiblər. 6 yaşım olar. |
![]() |
Artıq pionerəm. Dördüncü sinifdə oxusam da, müəliməmlə boyda bərabərik |
![]() |
Bu VI sinif şəklimdi. Riyaziyyat gecəsi zamanı çəkilib. Orta məktəb yoldaşlarımla əlaqələrim var. |
![]() |
Atamla çox az şəklim var. |
![]() |
Atam “Uzaq sahillərdə” filmində Mixaylo rolunu oynamalıymış. Bunun üçün o, ilk mərhələdən də keçib. Ancaq sonra nəsə alınmayıb... |
![]() |
Bu da son zəng. Sinif yoldaşlarımızla söz vermişdik ki, heç olmasa, ildə bir dəfə görüşək. Ancaq iş elə gətirdi ki, biz 22 ildən sonra toplaşa bildik. |
![]() |
Burada I kurs tələbəsiyəm. Məzunu olduğum məktəbə dəvət olunmuşam. Onu da deyim ki, mən axıradək həm orta məktəbdə, həm də institutda sinif nümayəndəsi olmuşam. |
![]() |
III kursdayam. Lenin təqaüdü alıram. O zaman tələbə üçün bundan böyük nə ola bilərdi ki... |
![]() |
Xalamla birlikdə... Yalnız ailənin deyil, nəslin tək övladıyam. Ona gərə də məni hər yerə aparırdılar. Deyim ki, ərköyünlük üçün mənə şərait yaratsalar da heç zaman bundan sui-istifadə etməmişəm |
![]() |
İxtisasımı təkmilləşdirmək üçün sovet dönəmində Türkiyəyə göndərilmişəm. Buna səbəb əlaçı olmağım idi. |
![]() |
Anamla... |
![]() |
BDU-nu avqustda bitirdim, sentyabrda isə orada müəllim kimi fəaliyyətə başladım. Arxa fonda lövhədə ”İstiqlal marşı”nı mən yazmışam. |
![]() |
Şəkildən də görünür ki, artıq müəllim kimi təcrübəm var. |
![]() |
Namizədlik dissertasiyamı müdafiə edirəm. Füzulidən danışmaq asan deyil. |
![]() |
Toyum 1989-cu il dekabrın 26-da olub. Meydan hərəkatının qızğın vaxtlarıdır. Toyda Koroğlu üvertürası səslənəndə bütün kişilər ayağa qalxdı. Mən də ixtuyarsız olaraq onalara qoşuldum. |
![]() |
Altı yaşımda anamla çəkilən şəklimdi |
![]() |
Yuxarıdakı şəkillə müqayisə etməyə dəyər. |
![]() |
Türkiyənin zəfər günü qızımla şəkil çəkdirdim. |
![]() |
Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkirəm. |
![]() |
Bibim qızının toyudur. |
![]() |
Orucluğun son günü... |
![]() |
Seçkinin səhəri günü. Qızım da yanımdadır. Deyəsən o da gələcəkdə namizədliyini verəcək. |
![]() |
Strasburqdayam. |
![]() |
Avropa Parlamentinin binası önündə. |
![]() |
Mersində Türkiyənin dövlət naziri bizə mükafat verir. |
![]() |
Bolqarıstandayam. |
|
Qızımı da Bolqarıstana aparmışam. |
|
Bu şəkli qızım güzgüdən çəkib. Mənim üçün çox maraqlıdır... |
|
Doktor Cavad Heyəti evimizə qonaq çağırmışıq. |
|
Komitədə Vaqif Səmədoğlunun yubileyini qeyd edirik. |
|
Burada isə Nizami Cəfərovun yubileyidir. |
|
8 martda "Azərbaycan" qəzeti üçün şəkil çəkdiririk |
|
Deputatın elçi getməyi çox maraqlı olurmuş. Xalam oğlunun elçiliyinə gedərkən... |
|
Gürcüstan parlamentinin sədr müavini ilə. |
|
Prezidentin Zərdaba gəlişi zərdablılar üçün toy-bayram idi. |
|
Doktorluğumu müdafiə edirəm. |
|
Doktorluğu müdafiədən sonra həmkarlarım məni təbrik edirlər |
|
Qızımla xaricdə səfərdəyik. |
|
Həmkarım Həvva Məmmədovanın qızının toyunda. |
|
Zərdabda yeni məktəbin açılışı zamanı. |
|
28 May günü... |
|
İki böyük sənətkarın görüşünü izləmək çox maraqlıdır. |
|
Şəkildə ön cərgədə gördüyünüz üç qardaşdırlar. Onlar ata və analarını vaxtsız itiriblər. Elə etmişəm ki, onlar ən kiçik problemlərini mənə ərklə, tələb şəklində deyirlər... |
|
Bolqarıstanın spikeri ilə görüş. |
|
Qaradağda prezident seçkilərini müşahidə edən qrupun üzvləri ilə... |
|
Mehmet Əli Şahin Türkiyə-Ermənistan sərhədləri ilə bağlı Azərbaycana gəlib. |
|
Göyçayda nar bayramından sonra ağac əkirik. |
|
Şəhidlər Xiyabanında. |
|
Köməkçim Nurcanla. |
|
Kipr səfəri zamanı... |
|
8 Martda Milli Məclisin sədri bizi təbrik edir. |
|
Ulu öndərin abidəsi önündə.. |
|
ANS cənab Prezidenti 2008-ci ildə “İlin adamı” elan edib. |
|
Xoşladığım şəkillərimdəndir. |
|
Milli Məclisdə iclas gedir. |
|
Bu şəkil xəbərim olmadan çəkilib. |
|
Son şəkillərimdəndir. |