Flora Kərimova ilə FOTOSÖHBƏT

Flora Kərimova ilə FOTOSÖHBƏT

Fotosöhbət

15 Oktyabr 2012, 00:41

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) rolunda çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində Züleyxa rolunda çəkilib.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Flora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsinin oğurlandığını iddia edib. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən müğənni Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövlətinə  müğənniyə ödənməli olan 59 min 100 avro təzminat kəsilib.

 Atam müharibəyə gedən günü fotoqraf çağırtdırıb, mənim şəklimi çəkdirib. O zaman 4 aylıq olmuşam.

O zaman 16 yaşım vardı, böyük ümidlərlə çırpınırdım... 

Anamla Moskvaya getmişdik. Şəhəri gəzərkən ərəb tələbələri xahiş etdilər ki, onlarla şəkil çəkdirim.

60-cı illər... Atam, bibim, qohumlarım və mən...

Anamla bir yerdə hind mahnıları oxuyarkən... 

1974-cü il. Şirin xatirələr... ”Kim relsin üstündən yıxıldı” adlı oyunumuz var idi. Rəfiqələrim arasında yalnız mən axıra kimi yıxılmadan getmişdim.

Saçımın ön hissəsini yuxarı qaldıranda anamın çox xoşu gəlirdi...  

23 yaşım var idi. Ömür keçdi, gün keçdi… 

Anamın xahişi ilə başıma tac qoyub şəkil çəkdirdim. 

Həkim işlədiyim zamanlar... 

 

Ermənistanda Azərbaycanın mədəniyyət günləri keçirilirdi. Lütfiyar İmanov, Sara Qədimova və başqaları ilə birgə...

Azərbaycan Televiziyasında Yeni il çəkilişləri gedir. Güzgüyə baxarkən yaxaladılar..

Cavanşir Əliyev və Cavan Zeynallı ilə birgə “Həyat sən nə qəribəsən” mahnısını oxuyuruq. Mən o zamanlar tanınmış müğənni idim, dostlara kömək edirdim. 

1974-cü il. Bəstəkar Oktay Rəcəbli ilə məşq edirik. 

 

Teleşirkətdə "Dan ulduzu" ansamblında oxuyarkən... 

Kislovodskinin unudulmayan xatirələri...  

Oğlum kiçik yaşlarında...

Həmin gün qızımın 4 ayı tamam olmuşdu.

 

Ən gözəl günlərdən biri idi. Kislovodskidə istirahət edirdik...  

Zaqatalaya konsert vermək üçün getmişdik.Ramiz Mirişli, Şövkət Ələkbərova və mən.

 

O zamanlar 40 yaşım var idi... 

 

Oğlum və mən… 

Oğlum və qızım... Ürəyim hər zaman onlarla birgə döyünür.

 

Emin Sabitoğlunun yaradıcılıq gecəsində dostlarla birlikdə.

 

Tofiq Behbudovun “Nə isə yox” mahnısına videoçarx çəkilərkən...

 

Səkinə İsmayılova, mən və Züleyxa Mirismayılova Moskvaya səfər zamanı qonaqlığa getmişdik... 

 

Moskvada olarkən yoldaşım mağazaya girmişdi, mən isə onu çöldə gözləyirdim.Çünki mağazaları gəzməkdən zəhləm gedir.

 

Oğlum və rəfiqəm Bella ilə.

Əməkdar artist adını alırdım... Mükafatı mənə Süleyman Tatlıyev verir... 

Təmizliyi sevirəm. Almaniyadan qonaqlarım gəlmişdi, onlar gedəndən sonra evləri dibdən-daşdan yığışdırdım.

 

Həyat yoldaşım və mən. Dayım qızının nişanında bu şəkli çəkdirmişdik.

Ən böyük bacımla bir ad günündə.  

Həyat yoldaşımla Akif İslamzadənin toyuna getmişdik...

Qızım 1-ci sinfə gedərkən...

Akif İslamzadənin toyundan daha bir xatirə...

 

Səid Rüstəmov adına orkestrdə Nəriman Əzimovun rəhbərliyi ilə “Oxu tar” mahnısını oxuyurdum.

 

“Qaytar mənim eşqimi, o sənə gərək deyil” mahnısının çəklişləri zamanı...  

Oğlum əsgərlikdə olarkən...

Qızım Zümrüdün bu şəklinə baxanda öz uşaqlığımı xatırlayıram.

Yoldaşım rəhmətə gedəndən sonra ona ithaf etdiyim konsertdə... 

 

Aktyorlar evində Züleyxa Mirismayılova ilə konsert verərkən birgə oxuyurduq.

90-cı illərin xatirəsi...  

90-cı illər olardı. Türkiyəyə qonaq getmişdik.

Nüsrət Kəsəmənli Sevinc Qasımova və mən. Dostlar bir arada...

 

Reyhan Müslimova, qızım, Şücaət xanım, Nəsibə Zeynalova və mən ziyafətlərdən birində.

 

Bağımızda Moskvadan gələn qonaqlarımızla çay süfrəsində söhbət edirik. 

 

90-cı illərdə heyranlarım və mən.

 

Adını xatırlamadığım jurnalist bizim evdə... 

 

İki Zümrüdün ortasında dayanmaqdan gözəl nə ola bilər.  

 

Fransada Rafiq Hüseynovla söhbət edərkən... Məndən xəbərsiz çəkilib...  

Moskvada olarkən Yeni il bayramını qeyd edirik. 

 

Bu şəkli çəkdirəndə qızımın toyu yenicə olmuşdu.  

 

Zümrüd İngiltərə vətəndaşlığı alır...

Nazpəri Dostəlıyevanın bacısı qızının toyunda səhnədə oxuyurdum... 

 

Deyəsən "furaşka" mənə çox yaraşır...  

Qızım Zümrüd dayısı və bibisi qızları ilə birgə... 

Mən, rəhmətlik Rəna xanım, Firuzə İbadova və ...

 

Oğlum sükan arxasında...

 

Zümrüdümün son şəkillərindən biri...

Sabir Rüstəmxanlı ilə qonaqlıqda olarkən...

İradə İbrahimovanın mahnısının təqdimat mərasimindəyik...  

Rəfiqəmlə toyda...

Flora Kərimova hazırda...  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır